İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "directionlamecque" xəbər saytına istinadən verdiyi xəbərə görə Məkkə və Mədinəyə ziyarət turları təşkil eədən "Safarmüslim" turizim agentliyi müsəlmanları Fələstin və Məscidul-Əqsanə görməyə həvəsləndirmə məqsədi ilə "Qüdsün dəvəti" dini maarifləndirmə internet yarışları keçirəcəkdir.
"Qüdsün dəvəti" dini maarifləndirmə internet yarışları 2013-cü il aprel ayının 13-dək davam edəcəkdir. Avropada yaşayan bütün müsəlmanlar bu mərkəzin internet saytına daxil olub müsabiqənin suallarını cavablandıraraq yarışda iştirak edə bilərlər.
Sullar merac, qüds, fələstin, ziyarət və s... mövzulardadır.
Qalibləri Həcc, Qüds və s... mükafatlar gözləyir.
Qaliblərin adları may ayının əvvəllərində həmin saytda elan ediləckdir.
İnternet yarışının ünvanı: http://www.directionlamecque.com/
1208345